SON XƏBƏRLƏR

Bu gün, 9 noyabr Masallıdan olan şəhid İntiqam Əsgərlinin şəhadətə ucaldığı gündür.

Bununla bağlı şəhid qardaşlar – Əsgərli İntiqam Bayram oğlu və Əsgərli Nurlan Bayram oğlunun məzarları və ailə üzvləri ziyarət olunublar.

Qeyd edək ki, 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olan Əsgərli İntiqam 4 aprel 2016-cı ildə Talış kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olan qardaşı – Nurlan Əsgərlinin nəşini döyüş meydanından çıxarıb.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan İntiqam Əsgərliyə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən, ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.