Xüsusi Təyinatlı Qüvvələrin komandiri, Vətən müharibəsi Qəhrəmanı general-leytenant Hikmət Mirzəyev XTQ-nin bir qrup hərbçisi ilə Astara rayonunun Əzərüd kəndinə gələrək Aprel döyüşlərinin şəhidi, XTQ-nin əfsanəvi döyüşçüsü Pəncəli Teymurovun anası ilə görüşüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 may tarixində Qafqazinfo-ya istinadən verir.
İlk növbədə onlar Pəncəlinin anası Vahimə Teymurova ilə birgə şəhidin məzarına baş çəkiblər. Şəhidin abidəsi önünə əklillər və gül dəstələri qoyulub. XTQ komandiri şəhidin anasına təsəlli verərək, şəhidliyindən illər keçməsinə baxmayaraq, oğlunun qəhrəmanlığının dillər əzbəri olmasından söz açıb, ruhuna dualar oxuyub.
Qeyd edək ki, Pəncəli Teymurov 3 aprel 2016-cı ildə Aprel döyüşlərində qəhrəmancasına şəhid olub.