SON XƏBƏRLƏR

Lerikli Vətən müharibəsi iştirakçısı dünyasını dəyişib. Bu haqda bu gün, 14 yanvar tarixində Cenublu.az Qafqazinfo-ya istinadən xəbər verir.

Azər Bayramov qan xərçəngi xəstəliyindən vəfat edib. Fəxrimiz müharibə dövründə xüsusi təyinatlı qüvvələrdə xidmət edib. Daha sonra isə polis leytenantı kimi çalışıb.

O, Vətən müharibəsində göstərdiyi şücaətə görə Füzulinin, Cəbrayılın, Şuşanın azad olunmasına görə və “Vətən uğrunda” medalları ilə təltif olunub. Qeyd edək ki, Lerikin Siyov kəndindən olan Azər Bayramovun atası Həsən Bayramov bir ay öncə dünyasını dəyişib.