Vətən müharibəsi iştirakçısı Lerikdə məktəb direktorunun müavini vəzifəsinə təyin edilib. Bu haqda bu gün, 24 mart tarixində Cenublu.az xəbər verir.
Vətən müharibəsi iştirakçısı – Əliyev Məhərrəm Şahgəldi oğlu Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə ümumtəhsil müəssisələrində vakant olan tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini vəzifəsi üzrə müsabiqə və müsahibə mərhələsində uğur qazanaraq, Lerik rayonu Ə.Rzayev adına Orand kənd tam orta məktəbində tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini vəzifəsinə təyinat alıb.
Lerik rayonu Ə.Rzayev adına Orand kənd tam orta məktəbin coğrafiya müəllimi olan Əliyev Məhərrəm Şahgəldi oğlu Füzuli, Xocavənd, Hadrud, Şuşa və Laçın rayonlarının düşməndən azad olunması zamanı ona verilən tapşırıqları layiqincə yerinə yetirib.
Əliyev Məhərrəm Şahgəldi oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.