SON XƏBƏRLƏR

Bu dəfə sizə nə küçənin tullantılardan təmizlənməməsi, nə də tullantı qablarının olmamasından danışacağıq. Bu dəfə təbiətimizi qorumağımızın önəmindən danışacağıq.

Cənub diyarı daim gözəl guşələri və ecazkar təbiəti ilə tanınıb. Turistlərin Azərbaycana gəldiyi zaman ilk üz tutacaqları regiondur Cənub regionu, məşhur Azərbaycan filmlərinin lentə alındığı ərazidir cənub regionu.

Bu gözəlliyi daim qoruyub saxlamaq üçün əlimizdən gələni biz də etməliyik. Necə deyərlər, “Bir işin də qulpundan biz tutaq”.

Sizi gözəllik rəmzi olan cənub bölgəsini qorumağa səsləyirik.

Qeyd: Video Masallı rayonu, Viləş çayı kənarında lentə alınıb.