SON XƏBƏRLƏR

Lənkəranda “Vətən müharibəsi” zamanı şəhid olmuş igidlərin ildönümü mərasimi keçirilib.

Şəhidlərimiz Mehdizadə Əli və Qənbərli Mehdinin xatirələri anılıb. Mərasimdə igidlərimizin ailə üzvləri, döyüş yoldaşları, İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və rayon ziyalıları iştirak ediblər. Mərasimin sonunda qonaqlar şəhidlərin Lənkəran şəhərində və Osaküçə kənd məzarlıqlarında dəfn olunan şəhidlərin məzarlarını ziyarət edərək qəbrlərinin qarşısına gül dəstələri düzüblər.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin imzaladğı sərəncam əsasında Mehdizadə Əli “Şücaətə görə”, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medallarla, Qənbərli Mehdi isə “Vətən uğrunda” medalı ilə təltif olunublar.