SON XƏBƏRLƏR

Lənkəran şəhər İcra başçısı Taleh Qaraşov lənkəranlı şəhidlərin məzarlarını ziyarət edib. Bu haqda məlumat Lənkəran şəhər İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsində paylaşılıb.

Vüsal Tahir oğlu Quliyev və Samir Məhərrəm oğlu Quliyev “Vətən müharibəsi” zamanı şəhidlik zirvəsinə ucalıblar. Bu münasibət ilə icra başçısı onların məzarlarını ziyarət edərək gül çələngləri qoyub.

Qeyd edək ki, 35 yaşlı Vüsal Quliyev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. 19 yaşlı Quliyev Samir isə ölümündən sonra “Vətən uğrunda” medalına layiq görülmüşdür.