SON XƏBƏRLƏR

Cəlilabadda üzüm bağlarında quru budama işləri start götürüb. Bu haqda bu gün, 25 yanvar tarixində Cenublu.az Dünya TV-yə istinadən xəbər verir.

Görülən işlər yaxşı məhsul əldə etmək üçün vacib sayılır. Qış və yaz budaması ilə üzümün qorunması, sortun və kök bitkisinin böyüdülməsi mümkündür.

“Biz ötən 2022-ci ildə gördüyünüz bu bağlardan hektara 180-200 sentner məhsul əldə etmişik. Növbəti, 2023-cü il məhsulunun təməlinin qoyulması üçün də quru budama əməliyyatı əsas əməliyyatlardan biridir. Bunun üçün də çox məsuliyyətli, budama əməliyyatını yaxşı bilən işçilər seçilməlidir”, – deyə “Rizvan” şirkətinin aparıcı mütəxəssisi Əhmədağa Məmmədov bildirib.

Fermer qeyd edib ki, insanlar əkin zamanı ən çox “Artika”, “Viktoriya”, “Kardinal”, kişmiş kimi üzüm sortlarına üstünlük verirlər.