SON XƏBƏRLƏR

Lənkəranda intihar edən qızın kimliyi bəlli olub. Bu haqda bu gün, 8 sentyabr tarixində Cenublu.az Oxu.az-a istinadən xəbər verir.

Verilən məlumata əsasən, Ürgə kəndində intihar edən qız Əsgərzadə Aysel Rafiq qızıdır. O, 11-ci sinif şagirdi olub.

İntihar hadisəsi 7 sentyabr saat 17:30-da baş verib.

“Hazırda araşdırma aparılır. Qızın 17 yaşı tamam olmamışdı. Qızın ata-anası boşanıb. Atası altı il əvvəl həbs olunub, səbəb də elektriklə balıq tutarkən elektrikin oradakı şəxslərdən birini vurub öldürməsi olub. Anası Bakıda tək yaşayır. Qız ana babası Nizam Kamalovun himayəsində yaşayırdı”, – deyə oxu.az-a mənbə bildirib.

Qızın babası Nizam Kamalov isə bildirib ki, Aysel anası ilə Bakıda yaşayırdı. Onlar tətil olduğu üçün kəndə gəlmişdirlər.

“Biz bilsəydik ki, belə addım atacaq, gözümüzdən bir saniyə də kənara qoymazdıq. Anası ilə istirahət üçün gəlmişdi, Bakıda yaşayırdılar. Qızım Güldanə Kamalova Rafiq Əsgərovla 10 il əvvəl boşanıb. Nəvəm qızımla yaşayırdı”, – deyə Nizam Kamalov əlavə edib.

 

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər