SON XƏBƏRLƏR

Fransa Senatının Azərbaycana qarşı hazırladığı sanksiyalara cavab olaraq yaradılan petisiyanı artıq 1300-dən çox insan imzalayıb.

Daha öncə xəbər verdiyimiz kimi, 10 vətəndaşımız Fransanın Mesopinions.com adlı petisiya saytında müraciət ünvanlayıb. Onlar Fransa Senatının 15 noyabr tarixində qəbul etmək istədiyi qətnaməyə qarşı çıxıblar.

Qeyd edək ki, Fransa Senatı Azərbaycanı “kütləvi və hərbi cinayətlərdə” ittiham edir və Azərbaycana qarşı sanksiyalar tətbiq etmək planlaşdırır.

Birlikdə BİZ – BİR QÜVVƏYİK!

Bu petisiyanı imzalamaqla xalqımızın və dövlətimizin yanında olduğumuzu sübut edəcəyik!

Səs vermək üçün bir neçə saniyənizdən keçib sayta daxil olmaq kifayətdir:

https://www.mesopinions.com/petition/politique/appel-nom-peuple-azerbaidjanais-senat-peuple/189012

Petisiyanın imzalanma təlimatı ilə tanış olmaq üçün aşağıda qeyd olunan linkə daxil ola bilərsiniz:

https://insanoid.com/petisiya-imzalanmasi-azerbaycan-dilinde/

Petisiyanın daha çox yayılması üçün bu heşteqlərdən istifadə edək:

#BizAzərbaycanıq #AzərbaycanıQoruyaq