SON XƏBƏRLƏR

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və “Şuşa İli” münasibətilə Lənkəran rayonunun ucqar dağ kənd məktəblərinin şagirdləri arasında “Həmrəylik yarışı” keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 dekabr tarixində verir.

Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı və “Secret” Kitab evinin dəstəyi ilə Gəgiran kənd tam orta məktəbində Lənkəran rayonunun dağ kəndlərinin VI-IX sinif şagirdləri üçün bilik yarışı baş tutub.

Tədbirdə Lənkəran rayon Tükrəncil kənd və Jidi kənd ümumi orta, Lənkəran rayon Gəgiran kənd, Bəliton kənd və Gunəhir kənd tam orta məktəbinin şagirdləri arasında Həmrəylik yarışında VI-IX sinif şagirləri iştirak ediblər.

Birinci yerə Lənkəran rayon Jidi kənd ümumi orta məktəbinin “Jidi” komandası, ikinci yerə Lənkəran rayon Türkəncil kənd ümumi orta məktəbinin “Əlaçılar” komandası, üçüncü yerə isə Gəgiran kənd tam orta məktəbinin “Zəfər” komandası layıq görülüb.

Bilik yarışı
Lənkəran Şəhər Gənclər və İdman İdarəsi