SON XƏBƏRLƏR

26 noyabr Vətən müharibəsi şəhidi Taleh İsmayılovun anadan olduğu gündür.

Taleh Səndal oğlu İsmayılov 26 noyabr 1986-cı ildə Lənkəran rayonunun Boladi kəndində anadan olub. O,  Lənkəran rayonunun N.Axundov adına Boladi kənd 1 nömrəli məktəbində təhsil alıb. 2014-cü ildə Ağdam istiqamətində bir neçə hərbçimizin şəhid olmasından sonra o, bununla barışmayaraq, müddətdən artıq hərbi qulluqçu kimi xidmətə yazılmaq qərarına gəlib. İxtisasca sürücü olsa da, artilleriya divizionunda xidmət etdiyi müddətdə istər silahla fərdi davranış, istərsə də 122 mm-lik D-30 haubitsa topu barədə biliklərə yiyələnib. Onun bu biliklərə yiyələnməsi 2016-cı ildə Aprel döyüşlərində öz bəhrəsini verib.

Taleh Vətən müharibəsinin ilk günlərindən cəbhənin ən gərgin istiqamətlərində xidmət edib. Son dəfə ailəsi ilə danışanda Şuşa ətrafında olduqlarını söyləyib.

Şəhidimizin Murad, Yaqub, Yusif adlı 3 oğlu yadigar qalıb.

O, “Vətən uğrunda”, “Şücaətə görə”, “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətənə xidmətə görə” medalları ilə təltif olunub.

Kənan Əliquliyev
Sizi maraqlandıran

Lənkəranlı idmançı Kənan Əliquliyevi tanıyaq

Kənan Teymur oğlu Əliquliyev 1998-ci ildə Lənkəran şəhərində anadan olub. 2004-cü ildə Lənkəran şəhərində yerləşən “Zirvə” İdman Klubunda ağır atletika idman növü ilə məşğul olmağa başlayıb. Ağır atletika üzrə 2013-cü