Lənkəran şəhərinin parklarında uşaqlar üçün yaradılmış əyləncə məntəqələri yararsız haldadır. Bununla bağlı bu gün, 22 yanvar tarixində Cenublu.az xəbər verir.
Söhbət Həzi Aslanov və Dosa parklarındakı uşaq əyləncə məntəqələrindən gedir. Ərazidə yerləşən yelləncəklər sınıb, sürüşkənlərin dayaq hissələri isə zədələr alıb.
“Havalar isinən kimi uşaqlar parkda oynamaq istəyirlər. Lakin uşaqların bu cür yelləncəklərdə oynaması adamın ürəyini ağrıdır. Aidiyyəti qurumlardan xahiş edirəm, bu məsələnin həll etsinlər”, – deyə redaksiyamıza müraciət edən valideynlərdən biri bildirib.



