SON XƏBƏRLƏR

Şuşa döyüşləri zamanı şəhadətə ucalan Astaralı “Vətən müharibəsi” iştirakçısının xatirəsi hörmətlə anılıb. Bu haqda məlumat Azertac-da paylaşılıb.

Daxili Qoşunlarının baş çavuşu Babayev Orxanın xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə şəhidin ailəsi, Astara Rayon İcra Hakimiyyətinin əməkdaşları, Milli Məclisin deputatı Rəşad Mahmudov və döyüş iştirakçıları iştirak ediblər. Tədbirin sonunda iştirakçılar ailə üzvlərinə baş sağlığı veriblər və onların qayğıları ilə maraqlanıblar.

İgidimiz Babayev Orxan “Şuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltiif olunmuşdur.