Lənkəranlı şəhidin ildönümü mərasimi keçirilib. Bu haqda bu gün, 8 noyabr tarixində Cenublu.az-a məlumat daxil olub.
“Vətən müharibəsi” zamanı şəhadətə ucalmış Dadaşlı Orxanın ildönümü mərasimində xatirəsi hörmətlə anılıb. İldönümü ilə bağlı Darquba kəndində şəhidin adına bulaq-abidə kompleksinin açılışı baş tutub. Açılışda Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, şəhid ailəsinin üzvləri və qazilər iştirak ediblər.
İgidimizin ruhuna dualar oxunub və məzarının önünə gül dəstələri düzülüb.
Qeyd edək ki, Orxan Dadaşlı noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. O, göstərdiyi qəhrəmanlığa görə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.