SON XƏBƏRLƏR

Masallıda qardaşın öz qardaşını öldürərək həyətdə basdırmasının bəzi detalları məlum olub. Bu haqda məlumatı Apa verib.

3 yanvar tarixində Masallı rayon Ərkivan kənd sakini, 44 yaşlı Qalib Cəbiyevin naməlum şəraitdə itkin düşməsi haqda Cenublu.az məlumat vermişdir. Bununla bağlı onun qardaşı İlqar Cəbiyev Polis Şöbəsinə müraciət etmişdir. Lakin, aparılan araşdırma zamanı məlum olub ki, yanvarın 3-də, gecə saatlarında Qalib Cəbiyevlə qardaşı, 49 yaşlı Seyfulla arasında mübahisə düşüb. Bu zaman başı su çəninə dəyən Qalib Cəbiyev dünyasını dəyişib. Seyfulla törətdiyi cinayətin izlərini itirmək məqsədi ilə qardaşının meyitini birgə yaşadıqları evin həyətyanı sahəsində basdırıb.

Prokurorluq və polis əməkdaşları tərəfindən Seyfulla Cəbiyevin iştirakı ilə hadisə yerinə baxış keçirilib, meyit basdırılmış yerdə aşkarlanaraq məhkəmə-tibb ekspertizasının keçirilməsindən ötrü aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb.

Deposit
Aktual

Masallı rayon sakinində narkotik və soyuq silah aşkarlanıb

Masallı rayon sakini Şirvan şəhərində saxlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 oktyabr tarixində Daxili İşlər Nazirliyinə istinadən verir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri