SON XƏBƏRLƏR

“Tikdim ki, izim qala” adlı sosial layihə çərçivəsində təmir və bərpaya ehtiyacı olan əşya və avadanlıqlar təmir olunaraq sosial həssas və aztəminatlı ailələrə təhvil verilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 yanvar tarixində verir.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin təqdim etdiyi əşya və avadanlıqlar Lənkəran Peşə Liseyinin və Peşə Təmayüllü Siniflərin – Lənkəran şəhər 2 nömrəli, şəhər 7 nömrəli, Haftoni qəsəbə, Astara şəhər 5 nömrəli və Vaqo kənd tam orta məktəblərinin dərzi köməkçisi və mebel ustası köməkçisi ixtisasları üzrə təhsil alan tələbə və şagirdlər tərəfindən təmir olunub.

Təmir olunmuş əşya və avadanlıqlar Lənkəran Şəhər İcra Hakimiyyətinin təqdim etdiyi siyahı əsasında 30 ailəyə çatdırılıb.

Qeyd edək ki, layihə Lənkəran-Astara Regional Təhsil İdarəsi, Lənkəran Şəhər İcra Hakimiyyəti, Lənkəran Peşə Liseyi və Peşə Təmayüllü Siniflərin birgə əməkdaşlığı ilə baş tutub.