SON XƏBƏRLƏR

Milli Azərbaycan Tarixi Muzeyinin Bərpa laboratoriyasında Teymur bəy Bayraməlibəyova məxsus sənəd üzərində bərpa işləri aparılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 noyabr tarixində Azertac-a istinadən verir.

Belə ki, həmin sənəd Teymur bəy Bayraməlibəyovun Tiflisdə Qafqaz Baramaçılıq Stansiyasının ipəkçilik və arıçılıq kurslarını dinləməsi haqqında vəsiqəsidir.

Eksponat mexaniki təmizlənərək yuyulub, köhnə yapışdırıcı kağızından təmizlənib, dörd hissəyə bölünmüş hissələr yığılaraq uyğun kağıza dublikasiya edilib.

Eksponata ikinci həyat verən muzeyin Bərpa laboratoriyasının bərpaçı-rəssamı Səbinə Əfəndiyevadır.

Qeyd edək ki, tarixçi-etnoqraf, pedaqoq, maaarifçi Teymur bəy Məmməd bəy oğlu Bayraməlibəyov 1862-ci ildə Masallı rayonunun Yeddioymaq kəndində anadan olub.