SON XƏBƏRLƏR

Cəlilabadın Musalı kəndinin şimal-şərqində, Talış dağlarının şimal qurtaracağında yerləşən Qazanköşkü abidəsinin yaxınlığında tapılan küp uzun illərdir qorunub saxlanılır. Bu haqda bu gün, 25 aprel tarixində Cenublu.az Oxu.az-a istinadən xəbər verir.

Təsadüf nəticəsində aşkarlanan bu küp tapıldığı ərazidən götürülərək Soltan kənd sakini Amil Ağayevin həyətində yerləşdirilib.

Dadaş Bayramov, Soltankənd sakini: “Bu küpü 12 il bundan əvvəl Yeddibulaq deyilən ərazidə uşaqlar tapıblar. Biraz qazdıqdan sonra nə olduğunu bildik. Ehtiyatla uşaqlar çıxartdı, qoyduq at arabasına, ehtiyatla gətirdik. 12 ildir bu, burada saxlanılır”.

İndiyə qədər bir sıra tarixi tədqiqatçılar, mütəxəssislər məhz bu küpü görmək üçün Soltankəndə gəliblər. İlkin təhlillərə görə, tarixi tapıntı 7-10-cu əsrlərə aiddir. Təsərrüfat məqsədilə istifadə edilib. Maraqlısı isə odur ki, küpün tapıldığı ərazidə zaman-zaman maddi mədəniyyət nümunələrinin qalıqları aşkarlanıb. Təsərrüfat küpləri ilə yanaşı, qəbir küpləri də tapılıb. Mütəxəssislərin fikrincə sözügedən küpün tam şəkildə aşkarlanması onu deməyə əsas verir ki, tapıntı tarixi eksponat kimi daha əlverişli tədqiqat subyekti ola bilər.

Küpün qorunmasını təşkil edən kənd sakinlərinin dediyinə görə, onlar Qazanköşkün ətrafında tapılan küpü əlaqədar orqanlara vermək üçün müraciət ediblər. Tarixi tapıntının yaxın günlərdə Cəlilabad rayon Tarix-Diyarşünaslıq müzeyinə aparılacağı gözlənilir.

Әrkivan FK
Sport

“Ərkivan” FK “Ramana” FK ilə qarşılaşacaq

Masallı təmsilçisi olan “Ərkivan” FK “Ramana” FK ilə qarşılaşacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 iyun tarixində verir. Oyun Abşeron Olimpiya İdman Kompleksində 4 iyun saat 17:00-da baş tutacaq.