SON XƏBƏRLƏR

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Xolmili kəndində səyyar qəbul-görüş keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 dekabr tarixində verir.

Qəbul-görüşdə iştirak edən vətəndaşların müraciətlərini dinləyən icra başçısı qaldırılan məsələlərin bir qismini yerindəcə həll edib, bir qismi isə araşdırılması üçün nəzarətə götürülüb. İcra hakimiyyətinin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara yönləndirilmək üçün qeydiyyata alınıb.