SON XƏBƏRLƏR

Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Xolmili kəndinin sakinləri ilə görüş keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 noyabr tarixində verir.

Qəbul-görüşdə İcra Hakimiyyəti aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, eyni zamanda yerli idarə və müəssisələrin nümayəndələri iştirak ediblər.

Lənkəran ŞİH başçısı Taleh Qaraşov qəbul-görüşdə iştirak edən sakinlərə ötən səyyar qəbulda qaldırılan məsələlərin icra vəziyyəti barədə məlumat verib.

Daha sonra sakinlər öz müraciətlərini bildiriblər. Yerli İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlər həll olunub, digər məsələlər barədə isə aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb.