SON XƏBƏRLƏR

Vətən müharibəsi şəhidlərimiz: Quluzadə Orxan Elxan oğlu, Qənbərzadə Heydər Ağahüseyn oğlu və Dadaşlı Orxan Elxan oğlunun şəhadətə  qovuşduğu gündə anım mərasimləri keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 noyabr tarixində verir.

Anım günündə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra hakimiyyətinin rəsmi şəxsləri, şəhid ailələrinin üzvləri və yerli ictimaiyyətin nümayəndələri şəhidlərimizin məzarlarını ziyarət ediblər, qəbirləri üzərinə güllər düzüblər, ruhlarına dualar oxuyublar.

İcra başçısı Taleh Qaraşov şəhidlərimizin ailə üzvləri ilə səmimi söhbət edib, onların qayğı və ehtiyacları ilə maraqlanıb. Taleh Qaraşov eyni gündə şəhidimiz Quluzadə Orxan Elxan oğlunun bulaq xatirə kompleksinin açılışında da iştirak edib.

Qeyd edək ki, şəhidimiz O.Quluzadə ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə”, O.Dadaşlı “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və  “Cəbrayılın azad olunmasına görə”, H.Qənbərzadə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.