Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şəhid Emil Qurbanov, Baloğlan Əhədli, Valeh Əkbərzadə, Röyal İbrahimov, Şəhriyar Həbibi, Əbdülhəsən Həsənzadə və Taleh İsmayılovun məzarlarını ziyarət edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 noyabr tarixində verir.
Anım günündə gerçəkləşən ziyarət zamanı qəbiristanlıqdakı bütün şəhidlərimizin məzarları önünə gül dəstələri düzülüb, xatirələri ehtiramla anılıb, ruhlarına dualar edilib. İcra başçısı Taleh Qaraşov şəhidlərin ailə üzvləri ilə söhbət edib, qayğı və problemləri ilə yaxından maraqlanıb.