SON XƏBƏRLƏR

Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Gəgiranda şəhid Qalib Nurizadənin məzarını ziyarət edib. Bu haqda bu gün, 10 dekabr tarixində Cenublu.az Lənkəran ŞİH-yə istinadən xəbər verir.

10 dekabr tarixində şəhid Nurizadə Qalib Habil oğlunun anım günü keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının məsul şəxsləri, şəhid ailələrinin üzvləri, yerli ictimaiyyətin nümayəndələri şəhidimizin ucqar dağ kəndi olan Gəgiran qəbiristanlığındakı məzarını ziyarət edib, önünə tər güllər düzüb və ruhuna dualar ediblər. İcra başçısı şəhidimizin ailə üzvləri ilə yaxından söhbət edib, onların qayğı və ehtiyacları ilə maraqlanıb.

Şəhid qardaşı Rasif Nurizadə icra başçısının şəhidlərə göstərdiyi hörmət və ehtiramın nümunə olduğunu qeyd edib.

Qeyd edək ki, Vətən müharibəsindəki şücaətinə görə Q.Nurizadə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, ”İgidliyə görə”, ”Cəsur döyüşçü”, “Hərbi xidmətlərə görə”, “Şuşanın azad olunmasına görə” və “Füzilinin azad olunmasına görə” medalları ilə təltif edilib.