SON XƏBƏRLƏR

Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Vətən maharibəsi şəhidi Əflatun Fərəcovun məzarını ziyarət edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 noyabr tarixində verir.

Anım günündə gerçəkləşən ziyarətdə, həmçinin icra aparatının rəsmi şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələrinin üzvləri iştirak ediblər. Onlar qəbiristanlıqdakı bütün şəhidlərimizin məzarları önünə gül dəstələri düzüblər və ruhlarına dualar oxuyublar.

Qeyd edək ki, şəhid Ə.Fərəcov ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.