Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şəhid Röyal İbrahimovun bacısının toy şənliyində iştirak edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 may tarixində verir.
Tanınmış musiqiçilərdən əməkdar artist Firuz Səxavət, Şöhrət Məmmədov, Cavid Kişiyev, Günel Məhərrəmova, Elgün Əlizadə və Qurban Nəzərov da Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının dəvəti ilə şəhid bacısının toy şənliyində iştirak edib, bir-birindən rəngarəng musiqi nömrələri ilə çıxış ediblər.
Qeyd edək ki, şəhid R.İbrahimov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib.
