SON XƏBƏRLƏR

Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şəhid Araz İbadlının məzarını ziyarət edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 noyabr tarixində verir.

Anım günündə gerçəkləşən ziyarət zamanı qəbiristanlıqdakı bütün şəhidlərimizin məzarları önünə gül dəstələri düzülüb, xatirələri ehtiramla anılıb, ruhlarına dualar edilib. İcra başçısı Taleh Qaraşov şəhidin ailə üzvləri ilə söhbət edib, qayğı və problemləri ilə yaxından maraqlanıb.

Qeyd edək ki, şəhid Araz İbadlı ölümündən sonra Ali Baş Komandanın sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.