SON XƏBƏRLƏR

Lənkəran ŞİH başçısı rayonun Şağlakücə və Bəlləbur kənd sakinləri ilə qəbul-görüş keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 mart tarixində verir.

Səyyar qəbul-görüşdə icra başçısı ilə birlikdə İcra Hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri də iştirak ediblər.

Taleh Qaraşov qəbul-görüşdə iştirak edən vətəndaşların müraciətlərini dinləyib. Bildirilib ki, qaldırılan bütün məsələlərə nəzarət olunur və hər bir müraciətin nəticəsi barədə vətəndaşlara qanunamüvafiq formada cavablar veriləcək.

İcra hakimiyyətinin səlahiyyətlərinə aid olan və obyektiv qaldırılan bütün məsələlər yerindəcə həllini tapıb, icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə isə səlahiyyətli şəxslərə aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlamaq tapşırılıb.