SON XƏBƏRLƏR

Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov barama istehsalı ilə məşğul olan yerli fermerin kümxanasında yaradılan şəraitlə tanış olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 may tarixində verir.

İcra başçısı ipəkqurdunun yetişdirilməsi ilə yerində tanış olub. İstisu qəsəbəsində fəaliyyət göstərən “Yaşılçay” MMC-nin rəhbəri Araz Yaqubov icra başçısına kümxanada yetişdirilən barama növü və onların saxlanılması barədə məlumat verib. Sahibkar bildirib ki, bu il məhsuldarlıq öncəki dövrlərə nisbətən daha çox olacaq ki, bunun əsas səbəblərindən biri yem bazasının formalaşdırılması ilə bağlıdır. Onun sözlərinə görə, yerli şəraitə uyğunlaşdırılmış tinglər əsasında salınan çəkil bağları baramaçılıqda yem bazasını möhkəmləndirməklə ipəkqurdlarının bəslənmə dövründə onların daha keyfiyyətli yarpaqla yemlənməsinə imkan verir.

Daha sonra Taleh Qaraşov ərazidəki çay plantasiyasına baxış keçirib, müxtəlif çay növlərinin istehsalı ilə maraqlanıb və yaradılan şəraitlə tanış olub. İcra başçısı Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, yerlərdə sahibkarlığın inkişafına xüsusi diqqət göstərildiyini ifadə edib. Bildirilib ki, sahibkarlığın inkişafı yerlərdə işsizliyin minimuma endirilməsində xüsusi önəmə sahib olmaqla yanaşı, Lənkəran çayının dünyaya tanıdılmasında, turizmin inkişafında da önəmli rola malikdir.

Qeyd edək ki, cari ildə Lənkəranın 1 şəhər, 7 qəsəbə və 33 kəndində 41 kümçüyə ümumilikdə 230 qutu ipəkqurdu sənaye toxumunun paylanılması təmin edilib.

Әrkivan FK
Sport

“Ərkivan” FK “Ramana” FK ilə qarşılaşacaq

Masallı təmsilçisi olan “Ərkivan” FK “Ramana” FK ilə qarşılaşacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 iyun tarixində verir. Oyun Abşeron Olimpiya İdman Kompleksində 4 iyun saat 17:00-da baş tutacaq.