SON XƏBƏRLƏR

Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov müharibə veteranı Ramal Baxşızadənin toy şənliyində iştirak edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 aprel tarixində verir.

Toy mərasimində icra başçısı ilə yanaşı, icra hakimiyyətinin kollektivi, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranının döyüş yoldaşları iştirak ediblər. İcra başçısı yeni ailə quran cütlüyə xoşbəxtlik və ailə səadəti arzulayıb.

Qeyd edək ki, Ramal Baxşızadə Prezidentin sərəncamları ilə “Müharibə iştirakçısı” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. O, Lənkəran şəhər İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsində çalışır.