SON XƏBƏRLƏR

Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı vətəndaşlarla səyyar qəbul-görüş təşkil edib. Bu haqda bu gün, 14 dekabr tarixində Cenublu.az Lənkəran ŞİH-yə istinadən xəbər verir.

Görüş zamanı canını torpaqlarımızın azadlığı uğrunda fəda edən əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Taleh Qaraşov qəbul-görüşdə iştirak edən vətəndaşların müraciətlərini həssaslıq və diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlarını verib.

Ləj sakinləri tərəfindən qaldırılan müraciətlərin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

İcra hakimiyyətinin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara yönləndirilmək üçün qeydiyyata alınıb.