Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbul-görüşünü İstisu qəsəbəsində keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 may tarixində Lənkəran şəhər İcra Hakimiyyətinə istinadən verir.
İcra başçısı ilə birgə səyyar görüşdə icra aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, yerli idarə və təşkilatların nümayəndələri iştirak ediblər. Taleh Qaraşov bildirib ki, səyyar qəbul-görüşlərdə qaldırılan bütün məsələlər şəxsən onun nəzarətindədir.