SON XƏBƏRLƏR

 

Taleh Qaraşov beynəlxalq sertifikata layiq görülən gənc cüdo müəllimi Əkbər Gənciyevi qəbul edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 dekabr tarixində verir.

Qeyd edək ki, gənc müəllim ötən ay Beynəlxalq Cüdo Federasiyasının hakimlər üzrə baş direktoru Daniel Laskaunun iştirakı ilə hakimlər və məşqçilər üçün təşkil olunan beynəlxalq seminara qatılaraq sertifikata yiyələnmişdir. İcra başçısı Ə.Gənciyevə idman sahəsində rayonumuzda istedadlı gənclərin yetişməsindəki fəaliyyətində uğurlar arzulayıb, Lənkəran Şəhər İcra Hakimiyyətinin hər zaman gənclərin hərtərəfli inkişafı və cəmiyyətin həyatında onların fəal iştirakının təmin edilməsi istiqamətində yanlarında olduğunu vurğulayıb.