SON XƏBƏRLƏR

Lənkəran şəhərində yerləşən Şəhidlər Xiyabanında “Vətən Müharibəsi”-nin anım günü münasibəti ilə tədbir keçirilir.

Xiyabanda şəhidlərimizin xatirəsinə quraşdırılmış xatirə lövhələri yenilənib. Lənkəran sakinləri və dövlət qulluqçuları xiyabanı ziyarət edir.

Tədbirdə Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və nümayəndələri  iştirak edir.

Həmçinin qeyd edək ki, 27 sentyabr saat 12:00-da Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralı hərbçilərimizə şəfa versin!