ADPU-nun Cəlilabad filialında tələbələr bir-birinin biliklərini sınağa çəkəcəklər. Bu haqda bu gün, 18 aprel tarixində Cenublu.az ADPU Cəlilabad filialı TEC-yə istinadən xəbər verir.
ADPU Cəlilabad filialında Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr olunmuş tələbə və şagirdlər arasında fənn olimpiadası keçiriləcək. Son qeydiyyat tarixi 26 aprel olan yarışmanın keçiriləmə tarixi 29 apreldir. Qeydiyyatdan keçmək üçün 051-615-01-26 nömrəsi ilə əlaqə saxlaya və ya Tələbə Elmi Cəmiyyətinin rəsmi səhifələrinə yaza bilərsiniz.