SON XƏBƏRLƏR

Lənkəranlı riyaziyyat müəllimi Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən mükafatlandırılıb. Bu haqda məlumat bu gün, 9 dekabr tarixində Lənkəran Şəhər Təhsil Şöbəsinin rəsmi Facebook səhifəsində paylaşılıb.

Lənkəranın R.Məmmədov adına şəhər 5 nömrəli tam orta məktəbinin təhsil işçisi Südabə Hüseynova “Tərəqqi” medalına layiq görülüb. Medalı Südabə xanıma Təhsil naziri Emin Əmrullayev təqdim edib.

Qeyd edək ki, 2002-ci ildə Qəhrəman Hüseynovla birlikdə həmmüəllifi olduğu “Sinif rəhbərinin gündəliyi” metodik vəsait Lənkərana qonşu olan rayonlarda belə sinif rəhbərlərinin köməkçisi olub. 2003-cü ildə interaktiv üsulların tətbiqində onun Debat üsulu ilə bir çox dərsləri riyaziyyat müəllimlərinin diqqətini cəlb edib.