SON XƏBƏRLƏR

Astara rayonu Təngərüd kənd Diyarşünaslıq evində Vətən müharibəsinin iştirakçıları ilə görüş keçirilib. Bu haqda məlumat bu gün, 6 oktyabr tarixində Astara rayon Mədəniyyət Mərkəzinin rəsmi Facebook səhifəsində paylaşılıb.

Görüşdə kitabxana əməkdaşları və “44 günlük Vətən müharibə”-nin igidləri – Mirpaşa Mətləb oğlu Hüseynov, Rabil Ragib oğlu Babayev, Yalçın Nizaməli oğlu Nəsirov və Rəşad Sirac oğlu Rüstəmzadə iştirak ediblər.

Qeyd edək ki, Mirpaşa Hüseynov Kəlbəcərin, Rabil Babayev Füzulinin, Cəbrayılın, Xocavəndin və Şuşanın, Yalçın Nəsirov Zəngilanın, Qubadlının, Cəbrayılın və Füzulinin, Rəşad Rüstəmzadə isə Füzulinin, Xocavəndin və Şuşanın azad olunmasına görə medallar ilə təltif ediliblər.