SON XƏBƏRLƏR

Lənkəranda “Tələbələr arasında erkən nikah və narkomaniyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilib. Bu haqda Sosial və Aqrar-Texnoloji Kollecin rəsmi Facebook səhifəsində paylaşılıb.

Lənkəran şəhər Ağsaqqallar Şurasının və LDU-nin nəzdində olan Sosial və Aqrar-Texnoloji Kollecin təşkilatçılığı ilə keçirilən tədbirdə kollecin direktoru və şuranın sədri iştirak ediblər.

Şuranın sədri Eldar Hüseynov tələbələrə erkən nikahın və narkomaniyanın fəsadları haqda danışıb. Onlara bu istiqamətdə maarifləndirici tədbirlərin keçirilməsində ictimaiyyət nümayəndələri və təhsil işçilərinin rolundan danışıb.

Tədbirin sonunda Ağsaqqallar Şurasının sədr müavini Səyavuş Süleymanlının çıxışı dinlənilib. Səyavuş Süleyman yazıçı, publisist olaraq yazdığı şeir və povestlərdən tələbələrə hədiyyə edib.

Sosial və Aqrar-Texnoloji Kollecin rəsmi Facebook səhifəsi
Sosial və Aqrar-Texnoloji Kollecin rəsmi Facebook səhifəsi