SON XƏBƏRLƏR

10 sentyabr saat 16:00-da Lənkəran, Astara, Lerik, Biləsuvar, Cəlilabad, Masallı və Yardımlı rayon sakinlərini Təhsil naziri Emin Əmrullayev videobağlantı vasitəsilə qəbul edəcək. Bu haqda məlumatı Təhsil Nazirliyinin rəsmi saytı verir.

Vətəndaşlar 1-8 sentyabr (saat 18:00 – dək) Təhsil Nazirliyinin Çağrı Mərkəzinin “146 – 1” nömrəli telefonuna (yalnız iş günləri) zəng etməklə və ya nazirliyin rəsmi saytı (https://edu.gov.az/contact_us ) vasitəsilə videoqəbula yazıla bilərlər.

Qeyd olunan rayonların sakinləri və həmçinin həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də qəbulda iştirak edə bilərlər.

Sakinlər videoqəbulun keçirildiyi otağa yalnız şəxsiyyət vəsiqəsi ilə buraxılacaqlar.