SON XƏBƏRLƏR

Lənkəranın Sütəmurdov kəndində bir neçə gün əvvəl ölümlə nəticələnən qəza törətmiş 22 yaşlı Əli Rufullazədə həbs olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 may tarixində Qafqazinfo-ya istinadən verir.

Onun barəsində Lənkəran Rayon Məhkəməsinin qərarı ilə ilkin olaraq 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Hazırda Ə.Rufullzadə barəsində açılmış cinayət işi üzrə Lənkəran ŞRPŞ-də ibtidai istintaq davam etdirilir.

Qeyd edək ki, Əli Rufullazadənin idarə etdiyi “Hyundai” markalı avtomobilin “VAZ-2106” avtomobilinə çarpılması nəticəsində sonuncunun sürücüsü, 37 yaşlı Nahid Turabov hadisə yerindəcə vəfat edib. Onun iki azyaşlı qız övladı olub. Avtomobildə sərnişin qismində əyləşən 39 yaşlı Ülviyyə Hüseynova isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

22 yaşlı Əli Rufullazadə məşhur həkim, Lənkəran rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində çalışan mama-ginekoloq Mehparə Rufullayevanın oğludur. O, ötən ilin avqust ayında “VAZ-2107” avtomobili ilə Nizami və Tağıyev küçələrinin kəsişməsində ölümlə nəticələnən daha bir qəza törədib.