Lənkəranda qadının cansız bədəni tapılıb. Bu haqda bu gün, 16 yanvar tarixində Cenublu.az FHN-ə istinadən xəbər verir.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Lənkərançay çayının Lənkəran şəhəri, Sütəmurdov kəndi ərazisindən keçən hissəsində naməlum qadın meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub. Əraziyə meyitin çaydan çıxarılmasına kömək məqsədilə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri cəlb olunub.
Görülən tədbirlər nəticəsində meyit çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.