SON XƏBƏRLƏR

Zamin Mirəli oğlu Hüseynov 12 noyabr 1938-ci ildə Lənkəran rayonunun Boladı kəndində kolxozçu ailəsində anadan olub. 1946-1956-cı illərdə Boladı kənd orta məktəbində təhsil alıb. Daha sonra Azərbaycan Sənaye İnstitutunun Neft-kimya fakültəsinə daxil olub və 1961-ci ildə oranı mühəndis-mexanik ixtisası üzrə bitirib.

O, institutu bitirdikdən sonra təyinatla Sumqayıt şəhərindəki “Sintetik kauçuk” zavoduna göndərilib və bu müəssisədə texniki avadanlıqların təmiri sexində usta və qurğu mexaniki vəzifəsində işləyib.

1965-ci ildə Sumqayıtın “Superfosfat” zavodunun rəisi təyin olunub. 1967-ci ildə zavodun partiya təşkilatının katibi seçilib. 1971-ci ildə həmin zavodun direktoru təyin olunub.

SSRİ Kimya Sənayesi Nazirliyi 1974-cü ildə onu “Sumqayıtkimyasənaye” İstehsalat Birliyinin baş direktorunun birinci müavini təyin edib. Bu, 36 yaşlı cavan kadr üçün həmin vaxt çox böyük vəzifə sayılırdı.

SSRİ Nazirlər Sovetinin yanında Xalq Təsərrüfatı Akademiyasında təhsil aldığı dövrdə ona Azərbaycan SSR Dövlət mükafatı təqdim edilir. Akademiyanın “Xalq təsərrüfatının planlaşdırılması və iqtisadiyyatı” fakültəsini əla qiymətlərlə bitirən Zamin Hüseynov 1980-ci ildə doğma vətənə qayıdır. Heydər Əliyev onu Sumqayıt “Sintetik kauçuk” zavodunun rəhbəri təyin edir. Təyinatından az sonra həmin zavodun bazasında “Sintezkauçuk” İstehsalat Birliyi yaradılır və o, baş direktor kimi 1994-cü ilədək bu müəssisəyə rəhbərlik edir.

O, 7 səmərələşdirici təklifin, 5 elmi ixtiranın müəllifidir. Həmin ixtiralar da kimya istehsalatında tətbiq olunub. Sumqayıt şəhər Partiya Komitəsinin üzvü və dəfələrlə Sumqayıt şəhərinin deputatı seçilib. SSRİ neft-kimya sənayesinin direktorlar şurasının sədri seçilib. Son illərdə “Azərkimya” Dövlət Şirkətinin aparatında məsul vəzifədə çalışırdı.

O, 12 mart 2000-ci ildə, 61 yaşında vəfat edib.

Sumqayıt şəhərinin mərkəzi küçələrindən biri onun adını daşıyır.

Harvard Universitetinin məzunu olan oğlu Emin Hüseynov Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsidir.

Astara Burzubənd
Yollarda vəziyyət

Astarada şəhidin evinə gedən yol pis vəziyyətdədir

Astara rayonunun Burzubənd kəndinin yolu keçilməz vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 iyun tarixində verir. Sakinlər bildirirlər ki, şəhid Rövşən Ramazanovun evinə gedən yol pis vəziyyətdədir. “Bu yolu

Ələt-Astara yolu
Yollarda vəziyyət

Magistral yolda işıqfor işləmir

Köhnə Ələt-Astara magistralının Şiləvar kəndi ərazisindən keçən hissəsində artıq 4 gündür ki, işıqfor işləmir. Bu haqda məlumatı Cenublu.az bu gün,