Lənkəranda kivi yığımına start verilib. Bu haqda bu gün, 27 avqust tarixində Azərtac məlumat paylaşıb.
İstisu qəsəbəsində Rəftarə Şükürovanın ümumilikdə 15 hektar ərazidə sitrus ərazisi yaradıb. Həmçinin 2.000 kivi ağacının əkildiyi 3 hektar ərazisi var.
Təsərrüfatında daimi işçiləri olmasına baxmayaraq, yığım zamanı qəsəbədən 10-dan çox sakin sahədə çalışırlar. Ərazidə işləyən Gülgəz Cabbarovanın sözlərinə görə o, günə 300 kiloqramdan çox kivi yığır və hər yığdığı məhsulun müqabilində pulunu alır.
Rəftarə Şükürova bildiribki, bu il yığıma çox erkən başlanılıb və bu proses oktyabrın axırı – noyabrın əvvəlinə kimi davam edəcək. Hələlik 10-12 ton kivi yığılıb, lakin sonda bu rəqəmlərin 40-a çatacağı gözlənilir.
Sahibkar qeyd edibki, kivi həmçinin xarici bazarlara da göndərilir. Ukrayna bazarına aparılan meyvənin kiloqramı 1 manat 50 qəpikdir.
Lənkəranda ümumilikdə 11 hektarda kivi bağı salınıb.