SON XƏBƏRLƏR

Lənkəran rayonunda çaya atılan məişət tullantıları sakinləri narahat edir. Bu haqda bu gün, 15 fevral tarixində Cenublu.az xəbər verir.

Söhbət rayonun İstisu qəsəbəsində, 1 saylı çay fabrikinin yaxınlığında axan Girdəni çayından gedir. Xəzər dənizinə tökülən çay nəticədə sahili zibilləyir.

“Bura gətirib kim bu zibilləri atır bilmirəm. Lakin atanlar başa düşməlidir ki, buranı zibilləmək gələcəkdə bizə ekoloji problem yaşadacaq. Aidiyyəti üzrə xahiş edirəm ki, gəlib buranı yığışdırsınlar. Nəmişliyə görə ərazini qoxu bürüyür”, – deyə rayon sakini bildirib.