SON XƏBƏRLƏR

Azərbaycan diasporunun nümayəndələrinin təşkilatçılığı ilə Fransada aksiya keçirilir. Bu haqda bu gün, 15 noyabr tarixində Cenublu.az AzFront Telegram kanalına istinadən xəbər verir.

Fransa Senatının bəzi üzvləri əsassız ittihamlar qaldıraraq ölkəmizə qarşı sanksiya tətbiq etmək istəyirlər.

15 noyabr saat 13:00-da baş tutan aksiyanın keçirilməsində əsas məqsəd Fransa Senatının Azərbaycana qarşı ədalətli qərar qəbul etməsinə nail olmaqdır. Aksiyada “Biz ədalət istəyirik!”, “Fransa, neytral ol!”, “Senat, ədalətli ol!”, “Fransa, ədalətli, düzgün ol!” və başqa şüarlar səsləndirilir.

Qeyd edək ki, Fransa Senatı Bakı vaxtı ilə 17:30-da iclas keçirəcək. Həmin yığıncaqda Azərbaycana qarşı qətnamə layihəsinin qəbul olub-olmaması bəlli olacaq.