SON XƏBƏRLƏR

Son günlər sosial şəbəkələrdə şəhid anasının övladının düzəlməmiş məzarı üstündə olan şəkli sürətlə yayılmaqdadır.

Şəkilə yazılan şərhlərdə bildirilir ki, Masallı rayonunun Mollaoba kəndindən olan Sürəyya Babayeva dəfələrlə DSMF-yə və Prezident aparatına müraciət edərək bildirib ki, oğlu Rəşad Babayeva şəhidlik statusu verilsin və qəbrinin üstü düzəldilsin.

Məsələ ilə bağlı Masallı rayon İcra Hakimiyyəti açıqlama verib:

“Bildiririk ki, mərhum Babayev Rəşad Şəmsəddin oğlu Masallı rayonunun Qəzvinoba kəndində qeydiyyatda olmuş, uzun müddət Bakı şəhərində yaşamışdır. Bizə daxil olan məlumata görə, mərhum Babayev Rəşad Şəmsəddin oğlu intihar etdiyinə görə ona şəhidlik statusu verilməmişdir. Mərhumun məzarı Bakı şəhərində yerləşir. Mərhumun anası Babayeva Sürəyya Əvəz qızı ilə söhbət zamanı o, oğluna şəhidlik statusu verilməyənə qədər məzarın üstünü götürməyəcəyini bildirmişdir. Bundan əlavə, qeyd edirik ki, Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə Babayeva Sürəyya Əvəz qızına oğlunun məzarının təmir edilməsi məqsədilə 500 manat məbləğində maddi yardım edilmişdir”.

 

Müstəqillik günü
Tarixi faktlar və şəxslər

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd edilir

Bu gün Azərbaycanda Müstəqillik Gününün qeyd edilməsi 28 may 1918-ci ildə yaranan müsəlman şərqində ilk parlament respublikasının – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması ilə bağlıdır. 27 may 1918-ci ildə Müsəlman