SON XƏBƏRLƏR

Bu gün, 26 noyabr tarixində şəhidimiz Mail Əzizovun oldönümüdür. Bu haqda məlumatı Cenublu.az verir.

Mail Əzizov 28 avqust 2000-ci ildə Lənkəranın Şağlaküçə kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Mail Əzizov Vətən torpaqlarını azad etmək və ərazi bütövlüyünü bərpa etmək üçün Vətən müharibəsində könüllü iştirak edib. O, Füzuli istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində qəhrəmancasına şəhid olub.

Ölümündən sonra, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif olunub.