Azərbaycanın tanınmış inşaatçısı, əslən Masallının Borodigah kəndindən olan Şakir Həsənov vəfat edib. Bu haqda məlumatı Report.az verib.
Şakir Həsənov 15 iyun 1947-ci ildə Masallı rayonunun Borodigah kəndində anadan olub. O, ölkə ərazisində bir sıra dövlət əhəmiyyətli obyektlərin tikinti işlərinə rəhbərlik edib. 1990-1995-ci illərdə isə Sumqayıt şəhər Sovetinin deputatı olub.
O, “Əmək” ordeni, “Tərəqqi” medalı və beynəlxalq “Sokrat” mükafatına layiq görülüb.