SON XƏBƏRLƏR

“Səyyar ASAN” avtobusu Astara şəhər Mədəniyyət Evinin qarşısında vətəndaşlara xidmət göstərir. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 noyabr tarixində verir.

Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur.

Eyni zamanda 3 növ funksional yardımçı xidmət – tərcümə və tibb xidməti, o cümlədən “Azərpoçt” MMC tərəfindən göstərilən bank xidmətləri təşkil edilir.

Hazırda Astara şəhərində fəaliyyət göstərən “Səyyar ASAN” avtobusunun növbəti dayanacağı Cəlilabad rayonu olacaq.

Bildirək ki, səyyar “ASAN Xidmət” avtobuslarında sənəd qəbulu həftəiçi saat 10:00-dan 17:30-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir. Hazır sənədin verilməsi isə həftəiçi saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir.

Qeyd edək ki, “Səyyar ASAN” avtobusu Astarada ayın sonunadək, yəni 30 noyabradək fəaliyyət göstərəcək.