SON XƏBƏRLƏR

Lənkəran şəhəri, Səttərxan küçəsinin kollektoru məişət tullantıları ilə dolub. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 dekabr tarixində verir.

Belə ki, şəhid Fariz Zülfüqarzadənin evinin yanından keçən kollektorun üstü açıq olduğundan, bura mütəmadi olaraq zibillənir.

“Kollektorun üstünün bağlanması ilə bağlı dəfələrlə müraciət etmişik. Ətrafa yayılan pis qoxu, antisanitariya sakinləri təngə gətirib. İydən evimizdə belə otura bilmirik”, – deyə sakinlər bildiriblər.